...

Bakıda marketdən spirtli içki oğurlayanlar saxlanıldı

Hadisə Materials 23 İyul 2020 09:39 (UTC +04:00)
Bakıda marketdən oğurluq edilib
Bakıda marketdən spirtli içki oğurlayanlar saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda marketdən oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə iyulun 20-də, saat 16 radələrində rayonun Binə qəsəbəsindəki "Rahat" marketdə baş verib. Marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti