...

Sabunçuda 5 ədəd əl qumbarası və partladıcıları tapılıb (FOTO)

Hadisə Materials 27 İyul 2020 17:27 (UTC +04:00)
Sabunçuda 5 ədəd əl qumbarası və partladıcıları tapılıb (FOTO)

Bakı. Trend:

2020-ci il 27 İyul tarixində saat 10:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məcburi köçkünlər üçün tikilməkdə olan yaşayış sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 1 ədəd partlamış UZRQM partladıcısı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbaralarının və partladıcıların ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti