...

Saray qəsəbəsində əl qumbarası tapılıb (FOTO)

Hadisə Materials 27 İyul 2020 18:38 (UTC +04:00)
Saray qəsəbəsində əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

2020-ci il 26 İyul tarixində saat 21:47-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlərməsi üzrə Milli Agentliyinə (ANAMA) Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış sahəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilmiş, lakin məlumat verən şəxs mobil telefonunu söndürdüyünə görə əməliyyat-axtarış tədbirləri cari ilin 27 iyul tarixində davam etdirilmişdir.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti