...

Kanadada kiçik təyyarə qəzaya uğrayıb

Hadisə Materials 29 İyul 2020 02:45 (UTC +04:00)
Kanadada kiçik təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətində kiçik təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qəza Mişn şəhərindəki istifadə olunmayan enmə zolağında baş verib. Müəyyən edilməyən səbəblərə görə, təyyarənin pilotu həmin zolağa təyyarəni endirmək istəyib.

Hadisə yerinə cəlb olunan xilasedicilər və polislər təyyarədə 66 yaşlı həlak olan qadının cəsədini və 21 yaşlı yaralanan gənc qızı tapıblar. Yaralı xəstəxanaya çatdırılıb.

Aviaqəza faktı ilə istindaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti