...

Yaponiyanın Fukusima prefekturunda güclü partlayış baş verib

Hadisə Materials 30 İyul 2020 06:57 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 17 nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Partlayış Koriyama şəhərində baş verib. Bildirilir ki, nəticəsində kiçik bina dağılıb, yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları və müştəriləri xəsarət alıb.

Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur. Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti