...

Ermənilərin Tovuzda törətdikləri təxribatla bağlı cinayət işi davam etdirilir

Hadisə Materials 28 Avqust 2020 11:23 (UTC +04:00)
Ermənilərin Tovuzda törətdikləri təxribatla bağlı cinayət işi davam etdirilir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

İyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun keçirdiyi sual-cavab sessiyasında bildirilib.

Xatırladaq ki, bu il iyulun 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədilib. İyulun 17-dək davam edən təxribat nəticəsində Tovuzda 35 evə ciddi ziyan dəyib, 1 nəfər mülki şəxs qətlə yetirlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti