...

Bakı sakinini öldürməyə cəhd edən şəxsin axtarışına başlandı

Hadisə Materials 31 Avqust 2020 10:11 (UTC +04:00)
Bakı sakinini öldürməyə cəhd edən şəxsin axtarışına başlandı

Bakı. Samir Əli - Trend:

Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumatda bildirilir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış araşdırmalarla Tahir Əlyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Tahir Əliyevin tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti