...

Ağdaşda ağır yol qəzası olub, ölən var

Hadisə Materials 18 Oktyabr 2020 01:24 (UTC +04:00)
Ağdaşda ağır yol qəzası olub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində “VAZ" və “Chery” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti