...

FHN işğaldan azad olunmuş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib (VİDEO)

Hadisə Materials 6 Noyabr 2020 11:40 (UTC +04:00)
FHN işğaldan azad olunmuş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın əraziyə dərhal cəlb olunmuş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti