...

Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb - FOTO

Hadisə Materials 7 Dekabr 2020 11:10 (UTC +04:00)
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb - FOTO

Bakı. Samir Əli - Trend:

Oğuzda COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.

Həmin şəxs barəsində Oğuz RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti