...

Bərdədə köməkçi tikili yanıb

Hadisə Materials 17 Dekabr 2020 01:03 (UTC +04:00)
Bərdədə köməkçi tikili yanıb

Bakı. Trend:

Bərdə rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kərimbəyli kəndində fermanın ərazisində ümumi sahəsi 54 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti