...

Bakıda 23 yaşlı qız mənzildən ölü tapıldı

Hadisə Materials 24 Dekabr 2020 20:50 (UTC +04:00)
Bakıda 23 yaşlı qız mənzildən ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti