...

Şuşada 2 ev yanıb

Hadisə Materials 13 Fevral 2021 09:14 (UTC +04:00)
Şuşada 2 ev yanıb

Bakı. Trend:

Şuşa şəhərində ümumi sahəsi 250 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan başqa şəhərdə sahəsi 50 kv.m olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti