...

Tovuzda zəlzələ qeydə alınıb

Hadisə Materials 17 Fevral 2021 07:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan ərazisində növbəti zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, zəlzələ fevralın 17-də yerli vaxtla saat 02:38-də Qazax stansiyasından 35 km şimal-şərqdə Tovuz rayonunda 3.4 bal gücündə qeydə alınıb.

Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti