...

Rusiyada qar uçqunu nəticəsində bir uşaq ölüb, 15 nəfər xilas edilib

Hadisə Materials 22 Mart 2021 22:21 (UTC +04:00)
Rusiyada qar uçqunu nəticəsində bir uşaq ölüb, 15 nəfər xilas edilib

Bakı. Trend:

Rusiyanın Murmansk vilayətinin Oleneqorsk bölgəsində qar uçqunu baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə yerində 16 nəfər turist olub.

16 turistdən 13-nün azyaşlı uşaqlar olduğu bildirilir. Fövqəladə hadisə yerinə kinoloji heyət, 18 ədəd xüsusi texnika və 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Xilasedicilər bir uşağın cəsədini qarın altından çıxarıblar, qalan xilas edilən turistlərin tibbi yardıma ehtiyacı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti