...

Ağstafada daha bir zəlzələ qeydə alınıb

Hadisə Materials 4 May 2021 08:07 (UTC +04:00)
Ağstafada daha bir zəlzələ qeydə alınıb

Bakı. Trend:

Ağstafa rayonunda gecə ərzində növbəti zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən xəbərə görə, aprelin 4-də yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 kilometr şimal-şərqdə Ağstafa rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 11 kilometr olub.

XXX

02:05

Ağstafa rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanlar 04.05.2021-ci il tarixində saat 01:21-də Qazax stansiyasından 30 km şimal-şərqdə Ağstafa rayonun ərazisində qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti