...

Şəmkirdə iki minik avtomobili toqquşub, 1 nəfər ölüb

Hadisə Materials 27 İyun 2021 09:18 (UTC +04:00)
Şəmkirdə iki minik avtomobili toqquşub, 1 nəfər ölüb

Bakı. Trend:

Şəmkir rayonunda "QAZ" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti