...

Qobustanda yol qəzası nəticəsində "Kia" yanıb

Hadisə Materials 11 İyul 2021 22:42 (UTC +04:00)
Qobustanda yol qəzası nəticəsində "Kia" yanıb

Bakı. Trend:

Qobustan rayonunun Cəngi kəndində "Mercedes" və "Kia" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində "Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti