...

Şabran sakininin üzərindən heroin, evindən isə silah tapıldı (FOTO)

Hadisə Materials 2 Avqust 2021 15:55 (UTC +04:00)
Şabran sakininin üzərindən heroin, evindən isə silah tapıldı (FOTO)

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Bahəddin Məcidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Trend-ə bildirdiyinə görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və tərkibində narkotik maddələr olan marixuana aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məcidovun evinə baxış zamanı 1 ədəd bıçaq, sandıqçası ilə birlikdə qaz tapançası və dipçəkdə əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti