...

Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verildi, biri cərimələndi (FOTO)

Hadisə Materials 6 Avqust 2021 10:08 (UTC +04:00)
Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verildi, biri cərimələndi (FOTO)

Bakı. Trend:

Cəlilabadda iki şadlıq sarayının sahibi məhkəməyə verilib, biri cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 3 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Kral”, “Aytac”, “Ruslan” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

“Kral” və “Aytac” şadlıq saraylarının sahibləri barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Digər obyektin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti