Bakı. Fərid Zöhrabov - Trend:
Sabirabad sakinindən odlu silah və narkotik götürülüb
Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qarağac kənd sakini Niyaməddin Süleymanov saxlanılıb.
Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman 410 qram marixuana və “İJ” markalı ov tüfəngi, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu, aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.