...

Binəqədidə sex yanır

Hadisə Materials 7 Sentyabr 2021 14:09 (UTC +04:00)
Binəqədidə sex yanır

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti