Bakı. Trend:
Norveçdə oxlu hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Trend xəbər verir ki, daha bir neçə nəfər xəstəxanadadır.
Xatırladaq ki, naməlum şəxs Norveçdə mağazaya gələnlərə oxlu hücum edib. Hücum nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Şübhəli şəxs saxlanılıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir, cinayətin motivləri araşdırılır. Ehtimal olunur ki, saxlanılan şəxs tək olmayıb.
Norveç polisi bunun terror aktı ola biləcəyini istisna etmir.