...

DİN Bakıda azyaşlının narkotik istifadə etdiyinə dair məlumatlara aydınlıq gətirib

Hadisə Materials 15 Oktyabr 2021 10:23 (UTC +04:00)
DİN Bakıda azyaşlının narkotik istifadə etdiyinə dair məlumatlara aydınlıq gətirib

Bakı. Humay Ağacanova - Trend:

Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin azyaşlı anasının yanındadır:

"Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti