...

Bakıda yaşayış binasında yanğın olub

Hadisə Materials 22 Oktyabr 2021 02:08 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb. Yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti