...

Braziliyada şiddətli yağışlar 7 nəfərin həyatına son qoyub

Hadisə Materials 13 Dekabr 2021 01:12 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın şimal-şərqindəki Bahia və Minas-Jerais ştatlarında yağan güclü leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 175 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu ştatların sərhəddində həftənin ortalarından etibarən siklon tüğyan edir, nəticədə bölgədə yağıntının miqdarı 450 mm-ə çatıb. Bahia ştatında 25 bələdiyyədə fövqəladə vəziyyət elan edilib ki, onlardan bəzilərində son 35 ilin ən dəhşətli daşqınları baş verib. Təbii fəlakət nəticəsində bir neçə körpü, iki çay bəndi dağılıb, üç magistral yolda hərəkət bağlanıb.

Xilasedicilərin məlumatına görə, 5,7 minə yaxın insan evsiz qalıb, daha 6,7 ​​min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakətdən bölgənin 85 mindən çox sakini zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti