...

Külli miqdarda aksiz markasız siqaretlərin satışının qarşısı alınıb (VİDEO)

Hadisə Materials 28 Dekabr 2021 15:58 (UTC +04:00)
Külli miqdarda aksiz markasız siqaretlərin satışının qarşısı alınıb (VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend

Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub.

Dərhal yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti