...

Qobustan ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb

Hadisə Materials 31 Dekabr 2021 18:24 (UTC +04:00)
Qobustan ərzaq mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb

Bakı. Trend:

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki maddələrin gizli şəkildə satışı ilə məşğul olan şəhər sakini Nicat Cəbrayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti