...

Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə 22 Yanvar 2022 13:14 (UTC +04:00)
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Fərid Zöhrabov - Trend:

Bakıda Abbas Səhhət küçəsi yaxınlığında tikilməkdə olan binada baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən Baku Inn Hotellə üzbəüz yarımtikilidə qeydə alınıb.

***

13:03

Bakıda yerləşən yarımtikilidə gücülü yanğın başlayıb.

Trend xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

İlkin məlumatlara görə, görüntülər Abbas Səhhət küçəsi yaxınlığındakı ünvanlardan birində lentə alınıb. Yanğın tikintisi aparılan binada elektrik naqillərində baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti