...

Narkotik təsiri altında taksi sürən şəxs saxlanılıb

Hadisə Materials 15 Fevral 2022 10:35 (UTC +04:00)
Narkotik təsiri altında taksi sürən şəxs saxlanılıb

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini İ.Vəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

İ.Vəliyev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti