...

Ağdaşda narkotik satan keçmiş məhkum həbs olunub (FOTO)

Hadisə Materials 12 Mart 2022 10:22 (UTC +04:00)
Ağdaşda narkotik satan keçmiş məhkum həbs olunub (FOTO)

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti