...

Masallıda su basmış ərazidə köməksiz qalan şəxs xilas edilib

Hadisə Materials 20 Mart 2022 15:55 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yağan intensiv yağışlar nəticəsində Masallı rayonu, Sərçuvar kəndində ferma ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

FHN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yağan güclü yağışla əlaqədar ətraf ərazinin su basması səbəbindən vətəndaşın fermada köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə vətəndaş xilasetmə qayığı ilə təhlükəsiz əraziyə təxliyə edilərək xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti