...

Göygöldə birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 23 Mart 2022 16:47 (UTC +04:00)
Göygöldə birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Göygöl şəhərində birmərtəbəli evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ümumi sahəsi 216 kvadratmetr olan evin hamam otağının lambirindən ibarət tavanı 18 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti