...

Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb

Hadisə Materials 26 Mart 2022 17:17 (UTC +04:00)
Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb

Bakı. Trend:

Bakıda evin zirzəmisində yanğın olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 330 kv.m olan üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti