...

Ağstafada avtomobil dərəyə aşıb, xəsarət alan var

Hadisə Materials 31 Mart 2022 04:52 (UTC +04:00)
Ağstafada avtomobil dərəyə aşıb, xəsarət alan var

Bakı. Trend:

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində “VAZ” markalı minik avtomobilinin dərəyə aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə qəza nəticəsində minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti