...

SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını aprelin 17-nə təxirə salıb

Hadisə Materials 16 Aprel 2022 02:53 (UTC +04:00)
SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını aprelin 17-nə təxirə salıb

Bakı. Trend:

ABŞ Hərbi Kosmik Kəşfiyyat Milli İdarəsinin ehtiyacları üçün peyki orbitə çıxaracaq "SpaceX" şirkətinin Falcon-9 daşıyıcı raketinin buraxılışı aprelin 17-si bazar gününə təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, belə qərar əlverişsiz hava proqnozu ilə əlaqədar qəbul olunub.

Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından NROL-85 missiyası çərçivəsində buraxılış aprelin 15-i cümə gününə planlaşdırılırdı, lakin raket sistemlərini yoxlanması daha bir gün çəkib.

"Şənbə günü güclü külək proqnozlaşdırıldığından, NROL-85-in 17 aprel bazar günündən tez olmayaraq buraxılmasını hədəfləyirik", - şirkətdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti