...

Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hadisə Materials 17 Aprel 2022 22:21 (UTC +04:00)
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Bakı. Trend:

Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət nümayəndələrinə istinadən NDTV kanalı məlumat yayıb.

Assamda pis hava üçüncü gündür ki, davam edir. Təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik dirəkləri aşıb. Ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.\

Evsiz qalan sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və dövlət qurumlarının binalarına yerləşdirilir. Meteoroloqlar növbəti beş gündə də güclü leysan və tufan proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti