...

Ağacları zədələyən şəxs cəzalandırılıb

Hadisə Materials 26 Aprel 2022 15:19 (UTC +04:00)
Ağacları zədələyən şəxs cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu, Mir Cəlal küçəsi 325 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Trend xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisi zamanı 3 ağacın zədələndiyi müəyyən edilib. Faktla bağlı obyektin sahibi İlham Əzizov barəsində qanunamüvafiq tədbir görülüb.

“Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə mülkiyyətçiyə təhvil verilib”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti