...

Kamerunda göyərtəsində 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb

Hadisə Materials 12 May 2022 06:11 (UTC +04:00)

Bakı. Trend:

Kamerunun mərkəzində göyərtəsində 11 nəfərin olduğu və boru kəmərlərinə texniki qulluq gözstərən özəl şirkətə məxsus təyyarə qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər artıq sərnişinlərin axtarışına başlayıblar

Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, dispetçerlər əvvəlcə təyyarə ilə radio əlaqəni itiriblər, daha sonra təyyarə Nanqa Eboko şəhəri yaxınlığındakı meşədə tapılıb.

"Xilasetmə qruplarımız insanları xilas etməyin mümkün olub-olmadığını araşdırırlar" - anonim mənbə agentliyə bildirib. Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

Təyyarə "Cameroon Oil Transportation Company S.A" tərəfindən icarəyə götürülüb. Şirkət Kamerun və qonşu Çad arasında boru kəmərinin texniki qulluğuna və təmirinə cavabdehdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti