...

Şəkidə qadını intihar həddinə çatdıran şəxs həbs edildi

Hadisə Materials 18 May 2022 15:45 (UTC +04:00)
Şəkidə qadını intihar həddinə çatdıran şəxs həbs edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şəki rayonunda qadının intihar etməsinə səbəb olan şəxs həbs edilib.

Şəki rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 8-i saat 22 radələində Şəki rayon sakini olan qadın yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini olan kişi həmin qadına məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.
17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti