...

Gəncə sakinindən narkotik götürülüb (FOTO/VİDEO)

Hadisə Materials 20 May 2022 11:54 (UTC +04:00)
Gəncə sakinindən narkotik götürülüb (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti