...

Bakıda "VAZ" yanıb

Hadisə Materials 30 May 2022 23:51 (UTC +04:00)
Bakıda "VAZ" yanıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 25 m² olan avtomobil təmiri sexində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti