...

Göyçay İcra Hakimiyyətinin həbs edilən əməkdaşları ev dustaqlığına buraxılıb

Hadisə Materials 31 May 2022 14:35 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, məhkəmə vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər istintaq dövründə ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay rayon İcra Hakimiyyətində keçirilən yoxlama tədbirləri nəticəsində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti