...

Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var

Hadisə Materials 27 İyun 2022 10:59 (UTC +04:00)
Sabirabadda "Nissan" traktorla toqquşdu, ölən və yaralananlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində baş verib.

Kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti