...

Zəngilanda yanğın başlayıb

Hadisə Materials 14 İyul 2022 11:19 (UTC +04:00)
Zəngilanda yanğın başlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonu ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə nazirliyə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti