Bakı. Trend:
Çinin Siçuan vilayətində baş verən daşqınlar nəticəsində 6 nəfər ölüb, 12 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "Sina" informasiya portalı xəbər verib.
Məlumata əsasən, fövqəladə vəziyyət Beyçuan-Tsyan Muxtar Dairəsi ərazisində güclü yağışlar səbəbindən yaranıb. Bəzi yerlərdə yollara və elektrik xətlərinə ciddi ziyan dəyib.
Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.