...

Çində 4,9 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 18 İyul 2022 02:35 (UTC +04:00)

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələ yerli vaxta saat 01:43-də baş verib. Yeraltı təkanların episentri Aral şəhərindən 178 kilometr şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti