...

Şəmkirdə narkotik yetişdirənlər şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 18 İyul 2022 11:44 (UTC +04:00)
Şəmkirdə narkotik yetişdirənlər şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Bayramov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 17 ədəd ümumi çəkisi 5 kq-dan çox olan narkotik çətənə kolları aşkarlanaraq götürülüb.

Şöbənin Cinayət-Axtarışı Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sənani Cəfərovun yaşadığı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Aşkarlanan çətənə kolları ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti