...

Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub

Hadisə Materials 22 İyul 2022 10:01 (UTC +04:00)
Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qazax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti