...

Ağcabədi sakinindən 7 kiloqramdan artıq marixuana götürülüb (FOTO)

Hadisə Materials 28 İyul 2022 16:23 (UTC +04:00)
Ağcabədi sakinindən 7 kiloqramdan artıq marixuana götürülüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb. İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti